Dünyanı təhdid edən İŞİD-i ağcaqanad bitirir-ölümcül infeksiya yayılıb
05.04.2015 754 0.0 0
İŞİD terror qruplaşmasının üzvləri ölümcül virus infeksiyasına tutulublar. Xarici KİV-ə istinadən verilən xəbərə görə, bu xəstəlik nəticəsində insan sözün həqiqi mənasında diri-diri çürüyür. 
 
Söhbət tropik xəstəlik olan və tropik ağcaqanadların sancması nəticəsində insana keçən leyşmaniozdur. Dişləmə nəticəsində dəri və dərialtı toxumalar zədələnir. Artıq 100 mindən artıq terrorçunun həmin virusa yoluxduğu deyilir. 
 
Zahirən xəstəlik böyük açıq yara təsiri bağışlayır və əgər vaxtında adi tibbi müdaxilə edilməsə letal sonluğa gətirir. Ancaq silahlıların təbabəti günah sayaraq ondan imtina eləməsi, habelə antisanitariyanın yayılması və elementar gigiyenanın olmaması leyşmaniozun terrorçular arasında geniş yayılmasına gətirib. 
 
“The Sun” Britaniya nəşrinin yazdığına görə, yoluxmanın ən böyük ocağı İŞİD-in paytaxt elan elədiyi Rakkadıdr və epidemiyaya keçə bilər.
 
Qeyri-hökumət təşkilatı olan “Sərhədsiz həkimlər”in fəalları öncə yayılan virusla mübarizə aparmağa cəhd eləsələr də, öz həyatlarına daim təhlükə olması səbəbindən yerli tibb işçiləri kimi işğal edilən əraziləri tərk ediblər. /musavat.com/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar