Dünyada ilk SMS-in müəllifi onun məzmunu haqda danışdı
04.12.2017 810 0.0 0

25 il qabaq göndərilən dünyada ilk SMS-in müəllifi "Sky News"a onun məzmunu haqda danışıb.

Məlumata görə, britaniyalı Nil Papuort bildirib ki, 1992-ci ildə "Vodafone" şirkətində işlədiyi zaman ilk SMS-i öz dekabrın 3-ü öz rəisinə göndərib.

Britaniyalı qeyd edib ki, həmin SMS-də o, rəisinin Milad bayramını təbrik edib: "Mən SMS-ə cavab almadım. Çünki o zamanlar telefonlar SMS-i yalnız qəbul edə bilirdi. Mən mətni kompyuterlə yazmışdım".

Onun sözlərinə görə, həmin vaxt şirkətdə yeni layihənin belə miqyaslı olacağına güman etmirdilər./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar