Dünyada ilk- İnsana donuz ürəyi köçürüldü
11.01.2022 382 0.0 0

ABŞ-da geni dəyişdirilmiş donuz ürəyi uğurla insana köçürülüb.

Bildirək ki, bu barədə “New York Times” qəzeti yazıb.

"Bu, donuz ürəyinin insana ilk uğurlu transplantasiyasıdır. Baltimorda (Merilend ştatı-red) səkkiz saat davam edən əməliyyat keçirilib. Merilend Universitetinin Tibb Mərkəzinin cərrahlarının dediyinə görə, xəstənin vəziyyəti yaxşıdır", - qəzet yazıb.

Xəbərdə qeyd edilir ki, 57 yaşlı resipiyentin adı Devid Bennetdir. Onun həyatı üçün təhlükə yaradan ürək xəstəliyi olub, geni dəyişdirilmiş donuzun ürəyinin transplantasiyası orqanları sıradan çıxmış yüz minlərlə xəstəyə ümid verir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar