Dünyada gün ərzində koronavirusa yoluxanların sayı açıqlanıb
16.11.2021 480 0.0 0

Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı artmaqda davam edir.

Pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verilir ki, dünya üzrə koronavirusa 355 232 yoluxma halı aşkarlanıb, 4 396 nəfər infeksiya səbəbindən həyatını itirib.

Bötüvlükdə koronavirusdan 5 120 234 ölüm halı qeydə alınıb. İnfeksiyaya yoluxanları sayı isə 254 443 207 nəfəri ötüb. Eyni zamanda, 230 milyondan çox insan COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 19 258 898 min aktiv xəstədən 77 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Yoluxanların sayına görə ikinci yerdə Hindistan, üçnücü yerdə isə Braziliya qərarlaşıb.

Xatırladaq ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar