Dünyaca məşhur ulduzu canlandıracaq aktrisa məlum oldu
08.01.2022 399 0.0 0


Dünyaca məşhur kino ulduz Odri Hepburnun tərcümeyi-halı ilə bağlı filmdə baş rol məşhur aktrisa Runi Maraya həvalə edilib.
“The Girl with the Dragon Tattoo” və “Carol” filmlərində oynadığı rollara görə iki dəfə Akademiya Mükafatlarına namizəd olan Runi Mara həm də filmin prodüseri olacaq.

Filmin rejissoru “Call Me by Your Name” filminə görə “Oskar” mükafatına namizəd olmuş uğurlu rejissor Luka Quadaqninodur. Ssenarini isə Maykl Mitnik yazacaq.

“Breakfast at Tiffany’s”, "My Fair Lady" və "Sabrina" kimi klassik filmlərdəki çıxışları ilə əfsanəyə çevrilən Hepburnun həyatından bəhs edəcək filmin məzmunu ilə bağlı təfərrüat hələ açıqlanmayıb.

Mənbə: oxu.az


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar