Dünya TƏHLÜKƏDƏ: Rusiya nüvə silahını döyüş vəziyyətinə gətirdi
11.12.2015 1232 0.0 0

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında ölkənin nüvə güclərinin vəziyyəti haqqında hesabat verib.

 

 “İnterfaks” agentliyinə istinadən verilən xəbərə görə, nazir Rusiyanın nüvə arsenalının 95 faizinin döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib.

 

Onun sözlərinə görə, yerüstü strateji nüvə güclərinin payı müasir silahlanmanın 51 faizini təşkil edir. Şoyqu qeyd edib ki, 2015-ci ildə Rusiyanın strateji nüvə güclərinin arsenalına 35 qitələrarası ballistik raket, on müasir bombardmançı (iki Tu-160, üç Tu-95MS və beş Tu-22M3) və iki sualtı gəmi daxil edilib.

 

Bundan başqa, nazir bildirib ki, dəniz strateji nüvə güclərinin döyüş gücü artırılıb.

 

Son illər NATO hərbçilərinin sayının 13 dəfə artdığını deyən müdafiə naziri ABŞ-ın Avropada 200-ə yaxın nüvə bombası yerləşdirdiyini söyləyib./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar