Dünya şöhrətli sirk ustası vəfat etdi
03.11.2016 964 0.0 0

Dünya şöhrətli kloun, SSRİ xalq artisti Oleq Popov 87 yaşında vəfat edib.

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Böyük Moskva Sirkinin direktoru Edqard Zapaşnıy bildirib.

 

Onun sözlərinə görə, O.Popov Rostov şəhərində qastrolda olarkən vəfat edib. Qeyri-rəsmi məlumatlara əsasən, onun qəflətən ürəyi dayanıb.

 

Oleq Popov 1991-ci ildən etibarən Almaniyada yaşayıb və işləyirdi.  2015-ci ilin iyununda 24 ildən sonra  ilk dəfə Rusiyaya səfər etmişdi. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar