Dünya rekordu müəyyənləşdirmək istəyən pilot qəzada ölüb
29.08.2019 567 0.0 0

Qadınlar arasında reaktiv avtomobillə yeni dünya rekordu müəyyənləşdirmək istəyən amerikalı pilot Cessi Kombs qəzaya düşərək həlak olub.

“Autoblog”a istinadən xəbər verliir ki, 36 yaşlı sürücü Oreqon ştatı ərazisindəki Alvorda səhrasında 4 təkərli reaktiv avtomobillə özünə məxsus rekordu yeniləmək istəyərkən ölüb.

2013-cü ildə 632 km/saat göstərici ilə qadınlar arasında 48 illik rekordu qıran Kombs 3 il sonra 769 km/saat nəticəyə imza atıb. O, bu dəfə 996 km/saat hədəfləsə də, qəzaya düşüb.

İdmançının ailəsi bildirib ki, Kombs 1976-cı ildə Kitti O Nilin qadınlar arasında müəyyənləşdirdiyi ən böyük sürət həddini - 843 km/saat rekordunu qırmaq istəyib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar