Dünya çempionatında daha bir sensasiya qeydə alınıb
23.09.2016 720 0.0 0

Kolumbiyada keçirilən futzal üzrə DÇ-2016-nın 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 1/4 finala son vəsiqələri Azərbaycan, Argentina və Misir qazanıb.

 

Yığmamız Tailandı əlavə vaxtda 13:8 hesabı ilə məğlub edib. Argentina isə Ukraynanı futzal üçün qeyri-adi hesabla üstələyib. Belə ki, qarşılaşmada cəmi 1 qol vurulub.

 

Çempionatın növbəti sensasiyası isə İtaliya – Misir görüşündə qeydə alınıb. Afrika təmsilçisi gözlənilmədən 4:3 hesabı ilə qalib gələrək, iddialı appeninliləri mübarizədən kənarlaşdırıb. Bu, beşqat dünya çempionu Braziliyanın İrana uduzmasından sonra 2-ci böyük sensasiya olub.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları sentyabrın 24-25-də keçiriləcək.

 

Futzal üzrə dünya çempionatı

1/8 final

 

22 sentyabr                                                           

 

Argentina – Ukrayna – 1:0

Tailand – Azərbaycan – 8:13

İtaliya – Misir – 3:4

 

1/4 final

24 sentyabr

 

00:30. Paraqvay - İran

03:00. Rusiya - İspaniya

 

25 sentyabr

00:30. Argentina - Misir

03:00. Azərbaycan - Portuqaliya


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar