Dünya çempionatına qatılacaq hərbçi güləşçilərdən ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb
14.09.2017 294 0.0 0

Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları sentyabrın 18-də Litvanın Klaypeda şəhərində start götürəcək hərbçilər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə 32-ci dünya çempionatında iştirak edəcəklər.Məlumata görə, bir həftə davam edəcək yarışa 15 idmançı yollanacaq. 

Sərbəst güləş növündə Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), Rəşad Yusifli (74 kq) və Əşrəf Əliyev (86 kq) çıxış edəcək. Yunan-Roma güləşçilərinin mübarizəsinə Murad Məmmədov (59 kq), Kərim Cəfərov (66 kq), Sənan Əlmirzəyev (71 kq), Həsən Əliyev (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) qatılacaq. Qadınların yarışında isə Türkan Nəsirova (48 kq) və Tatyana Varantsova (53 kq) qüvvəsini sınayacaq. 

Komandanı dünya çempionatına beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, mayor Taleh İsrafilov hazırlayıb. Nümayəndə heyətinə MOİK-in rəisi, Beynəlxalq Hərbi İdman Şurasında (CİSM) Azərbaycan nümayəndə heyətinin rəhbəri, polkovnik-leytenant Rəşad Quliyev başçılıq edəcək. Hakim kimi isə Elman İsmayılov və Tural Əliyev Litvaya yola düşəcək. 

Qeyd edək ki, çempionatda iştirak edəcək komandanın tərkibində dünya və Avropa çempionları, eləcə də Yay Olimpiya Oyunlarının, Respublika birinciliklərinin qalibi olan idmançılar əksəriyyət təşkil edir./Report/


Загрузка...
Digər xəbərlər:
Şərhlər
avatar