Dünya birjalarında neft ucuzlaşıb
13.05.2016 554 0.0 0

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,56 dollar azalaraq 46,14 dollar təşkil edib.

"APA-Economics" xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,40 dollar azalaraq 47,68 dollar olub.

Azərbaycan neftinin qiyməti sabit qalıb.
 
Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti dəyişməyərək, ötən gün olduğu kimi 48,25 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar