Dünya birinciliyində ikinci yeri tutan Azərbaycan cüdoçuları Vətənə dönüblər - VİDEO
23.10.2017 714 0.0 0

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənclər arasında dünya birinciliyində böyük uğura imza atmış Azərbaycan cüdoçuları Vətənə dönüblər.

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, mötəbər yarışda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan, kişilərin komanda hesabında birinci olan, ümumi komanda hesabında isə yalnız Yaponiyadan geri qalaraq 2-ci yeri tutan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, 83 ölkədən 590 idmançının mübarizə apardığı dünya birinciliyində Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medal əldə ediblər.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar