Dünya bazarında neftin qiyməti 70 dolları ötüb
06.01.2020 166 0.0 0

İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin öldürülməsi və bununla bağlı baş verən hadisələr dünya bazarında neftin qiymətinin kəskin artmasına səbəb olub. 

CNN-ə istinadən xəbər verilir ki, bu gün qlobal bazarlarda “Brent” markalı xam neft daha 2,4% bahalaşaraq 70,24 dollar/barelə çatıb.

Bu isə son 6 aydan çox müddətdə ən yüksək göstərici hesab edilir. ABŞ-ın WTI markalı xam nefti də bahalaşıb. Belə ki, son rəqəmlər WTI-ın qiymətinin 2,1% yüksələrək 64,36 dollar/barelə çatdığını göstərir.

Qeyd edək ki, Qasım Süleymani yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Bu hadisədən sonra dünya bazarında xam neftin qiyməti orta hesabla 3% yüksəlmişdi./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar