Dünya bazarında neft bahalaşıb
04.07.2016 648 0.0 0


 
 
Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə dəyişməyərək 48,99 dollar təşkil edib.
 
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar artaraq 50,37 dollar olub.
 
 
Neft OPEC və ABŞ rəsmi dairələrinin bəyanatlarından sonra bahalaşıb. Belə ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əv-Falih və OPEC-in baş katibi Məhəmməd Barkindo bildiriblər ki, neft bazarı balansa doğru hərəkət edir ki, bu da nefti bahalaşdırır. 
 
 
ABŞ-ın Energetika Nazirliyi də analoji fikirdədir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar