Dünya bazarında neft bahalaşıb
04.02.2016 708 0.0 0

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,17 dollar yaxud 7,21% bahalaşaraq 32,28 dollar/barel təşkil edib.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, "Brent" markalı neft isə 2,32 dollar və ya 7,09% bahalaşaraq 35,04 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 37 dollar/barel olacağı gözlənilir.

 

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,00 dollar yaxud 2,93% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 35,09 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar