DSX-nin hərbçisi hospitalda intihar etdi
22.01.2022 567 0.0 0

Bu gün saat 11:10 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçu özünü Hərbi Hospitalda inşa edilməkdə olan binadan ataraq intihar edib.

Qazeta.info DSX-nın məlumatına istinadadən bildirir ki, yanvar ayının 22-də DSX -nın Sahil Mühafizəsinin 2021-ci ilin oktyabr ayında SHXÇX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilmişdir.
Saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxmış və özünü yerə ataraq intihar etmişdir.

Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar