DÖVLƏT VƏ SİYASİ PARTİYA RƏHBƏRLƏRİ ARASINDAKI DİALOQ BİTDİ
12.02.2015 1002 0.0 0
Danışıqlar başlamazdan öncə Əli Həsənov media üçün açıqlama verdi. Əli Həsənov dedi ki, bu cür görüşlər ölkənin siyasi həyatı, hakimiyyət-siyasi partiyalar münasibti üçün böyük əhəmiyyət daşıyır. Hakimiyyət rəsmisi qeyd etdi ki, bu dəfəki görüşün öncədən konkret mövzusu müəyyənləşdirilməyib. Ancaq hər halda bunda sonra öncədən konkert mövzu, gündəm müəyyənləşdiriləcək.
Sonra partiyalar adından KXCP sədri M.Mirəlioğlu qısa açıqlama verdi. Oəli Həsənovdan ötən dəfəki görüşün nəticləri barədə mediaya açıqlama verməsinin xahiş etdi. Əli Həsənov isə bu barədə siyasi partiyaların sədrlərinə media zalı tərk etdikdən sonra fikirlər bildirəcəyini dedi. Hazırda medianın iştirakı olmadan görüş qapalı keçirilb.
 
Görüşdən sonra mətbuata açıqlama verən Əli Həsənov bildirib ki, görüşdə iştirak edən partiyalarla bu cür dialoqun iki aydan bir keçirilməsi barədə razılıq əldə olunub. Bundan başqa, Ə.Həsənovun sözlərinə görə, növbəti görüşlərdə müzakirə ediləcək mövzuların əvvəlcədən siyasi partiyalara göndəriləcəyi, onların isə bu mövzular arasında seçim etmək imkanı qazanacaqlarına dair qərar qəbul edilib.//musavat.com

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar