Dövlət sirri təşkil edən məlumatla bağlı işləri yerinə yetirən müəssisələrə dair tələblər müəyyənləşib
06.12.2016 754 0.0 0

Dövlət Təhlükəsizliyi Xidməti “Dövlət sirrinin mühafizəsi üzrə bölmələrin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən Tələblər” təsdiq edib.

 

Məlumata görə, bu Tələblərin müddəaları Azərbaycan ərazisində və onun hüdudlarından kənarda Azərbaycan dövlət hakimiyyəti orqanları, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, dövlət sirri təşkil edən məlumatla bağlı işləri yerinə yetirən müəssisə, idarə və təşkilatlar, Silahlı Qüvvələrinin birlikləri, hərbi birləşmələri, müəssisələri və digər hərbi qurumları tərəfindən əsas götürülməlidir.

 

Bu Tələblərin hazırlanmasında məqsəd dövlət sirrinin mühafizəsi üzrə bölmələrin (DSMB) dövlət sirri təşkil edən məlumatların sənədləşdirilməsi və müvafiq sənədlərlə işin təşkili üzrə fəaliyyətin həyata keçirilməsi üçün daha münasib şəraitin yaradılması, dövlət sirri təşkil edən məlumat daşıyıcılarının nəzarətdən çıxması, itirilməsi, aidiyyəti olmayan şəxslərin onlarla tanış olması, surətinin çıxarılması, şəklinin çəkilməsini, yanğın, təbii fəlakət və texnogen qəzalar zamanı məhv olması risklərinin aradan qaldırılması, dövlət sirrinin və onun daşıyıcılarının daha etibarlı mühafizəsinin təmin edilməsidir. Hər bir təşkilatda DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən tələblər dövlət sirri sahəsində mövcud qanunvericiliyin müddəalarını rəhbər tutaraq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aşağıdakı hallar nəzərə alınaraq hazırlanır və həmin təşkilata təqdim olunur:

 

- təşkilatın fəaliyyət istiqamətləri;

- təşkilatın yerinə yetirdiyi işlər;

- təşkilatın yerləşdiyi ərazi;

- təşkilatın inzibati binasının quruluşu;

- təşkilatda mövcud olan işçilərin say tərkibi;

- təşkilatda mövcud olan dövlət sirri təşkil edən məlumatların həcmi.

 

DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən tələblər təşkilatın tabeliyində olduğu strukturun rəsmi müraciəti əsasında və ya idarələrarası nəzarətin həyata keçirilməsi ilə əlaqədar yoxlama zamanı şəraitə uyğun gəlməyən hallar aşkar olunduqda təhlükəsizlik orqanı tərəfindən bir ay müddətində müəyyən edilir. DSMB yeni yaradıldıqda, təşkilatın dislokasiya yeri dəyişdirildikdə, DSMB əsaslı təmir olunduqda və ya bölmə yeni otağa köçdükdə təhlükəsizlik orqanı tərəfindən DSMB-nin fəaliyyəti üçün uyğun şəraitin mövcudluğu barədə rəy verilir. DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğu tələblərə cavab verdikdə, təşkilat rəhbərliyi məktubla təhlükəsizlik orqanına rəy alınması üçün müraciət edir. Təhlükəsizlik orqanı bir ay ərzində DSMB-nin fəaliyyəti üçün uyğun şəraitin mövcudluğuna dair rəy verir. Rəy iki nüsxədə tərtib olunmaqla təhlükəsizlik orqanının müvafiq struktur bölməsinin rəisi tərəfindən təsdiq edilir. Rəyin birinci nüsxəsi təşkilata göndərilir, ikinci nüsxəsi təhlükəsizlik orqanında saxlanılır. DSMB-nin fəaliyyəti üçün şəraitin mövcudluğu tələblərə cavab vermədiyi təqdirdə 15 gün müddətində mövcud nöqsanların aradan qaldırılması üçün vaxt verilir. Bu müddət ərzində çatışmazlıqlar aradan qaldırılmasa yaradılmış şəraitə baxılması üçün təşkilat rəhbərliyi təhlükəsizlik orqanına məktubla müraciət etməlidir./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar