Tarix: 10.12.2016,   Saat: 08:59, Şənbə.          

Dövlət Komitəsi: Son dövrlər xaricdə qeyri-qanuni silahlı birləşmələrə qoşulan azərbaycanlı olmayıb

“Azərbaycanda dini sahədə sabitlik mövcuddur və bu sahədə aparılan işlər Azərbaycanda dini radikal qrupların bazasının tam zəifləməsinə və tədricən onların aradan qalxmasına gətirib çıxaracaq”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı Azərbaycandan xaricdə qeyri-qanuni silahlı birləşmələrə qoşulanlarla bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, bu istiqamətdə aparılan işlər öz nəticəsini verib:

“Son dövrlərdə Suriyada və ya digər yerlərdə qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün gedən Azərbaycan vətəndaşı qeydə alınmayıb. Bu onu göstərir ki, ölkədə həm hüquq-mühafizə orqanlarının, həm də digər dövlət qurumlarının, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin apardığı işlər öz nəticəsini verib. Burada, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu və digər siyasi qurumlarla birgə fəaliyyətinin böyük rolu olub. İndi Azərbaycandan xaricdə qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq istəyənlər yoxdur və biz hesab edirik ki, bu, gələcəkdə tamamilə aradan qalxa biləcək”./trend/



  Bölmə: Xəbər | Baxış sayı: 329 | Tarix: 04.10.2016, 12:19


Xəbərlər