Dövlət İmtahan Mərkəzində 1500-dən çox vakant dövlət qulluğu vəzifəsi var
19.06.2017 708 0.0 0

"Hazırda Dövlət İmtahan Mərkəzində dövlət qulluğu üzrə 1500-dən çox vakant yer var".

 

Məlumata görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə çıxışında deyib.

 

M. Abbaszadə qeyd edib ki, dövlət qulluğunda informasiya texnologiyaları üzrə kadrlara daha çox ehtiyac var.

 

 

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul 10 ildən çoxdur ki, müsabiqə yolu ilə aparılır: "Hazırda dövlət qulluğu vəzifəsini tutanların 6 mindən çoxu bu vəzifələri müsabiqə yolu ilə tutub"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar