Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağdakı seçkilərin nəticələrini tanımayacaq
21.07.2017 908 0.0 0

ABŞ Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərinin nəticələrini tanımayacaq. Bu barədə Dövlət Departamentindən bildiriblər.

 

"Münaqişənin hərtərəfli nizamlanmasında biz Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyənləşdirməkdə rolunu gəbul edirik. Lakin ABŞ Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır və biz iyulun 19-da keçirilən qondarma seçkilərin nəticələrini tanımırıq. Bu seçkilər Dağlıq Qarabağın hüquqi statusuna təsir etməyəcək. Biz həmçinin vurğulayırıq ki, qondarma seçkilər Dağlıq Qarabağın yekun statusu və Dağlıq Qarabağa davamlı və sülh həlli gətirəcək mövcud danışıqların nəticəsini müəyyənləşdirmir" , - Dövlət Departamentinin cavabında qeyd olunub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar