Dövlət Departamenti: `Türkiyə ilə əməkdaşlığın davam edəcəyinə ümid edirik`
03.11.2016 508 0.0 0

Rəsmi Vaşinqton İŞİD-ə qarşı Suriyada  Türkiyə ilə əməkdaşlığın davam edəcəyinə ümid edir.
 
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bunu brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
 
“Türkiyə NATO üzvü olaraq qalır və terrorçulara qarşı əməliyyatlara mühüm töhfə verməkdə davam edir. Güman edirik ki, sıx əməkdaşlığımız bundan sonra da davam edəcək”, deyə Kirbi qeyd edib.
 
Rusiya ilə Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması barədə sualı cavablandıran Kirbi bunun rəsmi Vaşinqton tərəfindən alqışlandığını vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar