Dövlət Dəniz və Liman Agentliyinə yeni təyinat olub
15.01.2022 280 0.0 0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinə yeni sədr müavini təyin olunub.

Məlumata görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müvafiq əmri ilə bu vəzifəyə Etibar Bağırov təyin edilib.

Məlumatı Dövlət Dəniz və Liman Agentliyi təsdiqləyib.

Qeyd edək ki, Etibar Bağırov bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyində maliyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, bununla da Dövlət Dəniz və Liman Agentliyində sədr müavinlərının sayı ikiyə çatıb, onlardan digəri Renat Rzayevdir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar