Dövlət bu şəxslərə yardım edəcək
17.01.2022 593 0.0 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə əhalinin həssas qruplarından olan şəxslər aktivlərlə təmin olunaraq onlar üçün kiçik bizneslər yaradılır.

Qazeta.info ƏƏSMN-in məlumatına əsasən bildirir ki, bu barədə Dünya Bankının nümayəndə heyəti ilə görüşdə məlumat verilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev layihənin ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznes imkanlarına sahib olmalarına dəstək məqsədi daşıdığını bildirib.

Qeyd olunub ki, layihə  22 min işsiz şəxsi əhatə edəcək və onların  kiçik biznesə çıxışına imkan yaradacaq.  Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur və qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslərə istehsal-xidmət sahəsi üzrə avadanlıqlar verilir.

Artıq 3550 nəfər biznes planlarını müdafiə edib və həmin şəxslərin aktivlərlə təminatı prosesinə artıq başlanıb. Qarşıdakı dövrdə də davam edəcək.

Layihəyə cəlb olunanların mühüm bir qismi də müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, eləcə də aztəminatlı ailələrin üzvləridir.

Görüşdə  Dünya Bankının ölkə meneceri Sara Maykl, sosial müdafiə məsələləri üzrə baş mütəxəssisi Mirey Ovadiya, baş iqtisadçısı Sirma Demir Şeker və digərlərinin  fikirləri dinlənilib, “Məşğulluğa Dəstək Layihəsi”nin icrası üzrə aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar