Dövlət başçısı: `2004-cü ildən bu yana Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox inkişaf edib`
20.09.2017 604 0.0 0

"Azərbaycan sosial və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə edib. 2004-cü ildən bu yana Azərbaycan iqtisadiyyatlı 3 dəfədən çox inkişaf edib, 1 milyon 600 min iş yeri yaradılıb. Ölkədə işsizliyin səviyyəsi 5-6 faizdir ki, bu da dünyada ən aşağı işsizlik göstəricilərindəndir".

 

Məlumata görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında deyib.

 

Dövlət başçısının sözlərinə görə, əsas prioritetlərdən biri yoxsulluğun aşağı salınması olub.

 

"2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən yuxarı idi. İndi isə bu rəqəm 5-6 faizdir. Xarici dövlət borcu ümumi daxili məhsuldan 20 faiz aşağıdır. Davos forumuna bağlı Beynəlxalq rəqabətlilik hesabatında Azərbaycan 2016-2017-ci illərdə 136 ölkə arasında  37-ci yeri tutub", - deyə Azərbaycan prezidenti vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar