Dövlət balansında olan bu avtomobillər ucuz qiymətə satışa çıxarılıb-SİYAHI
11.10.2017 4079 3.3 0

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub.

Qazeta.info Əmlak Məsələləri Dövlət Komitəsinə istinadla bu dəfə 17, 31 oktyabr və 07 noyabr 2017-ci il tarixlərdə hərraca çıxarılan nəqliyyat vasitələri haqda məlumatları diqqətinizə çatdırırıq.

 

 

 

 

 

Qeyd:

1-7-ci sətirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan  nəqliyyat vasitələri 2-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır

 

 

Qeyd:  

1-ci sətirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının balansında olan  nəqliyyat  vasitəsi 3-cü dəfə 10% endirimlə  təkrar hərraca çıxarılır.

2-ci sətirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının balansında olan  nəqliyyat  vasitəsi 5-cü dəfə 50% endirimlə  təkrar hərraca çıxarılır.

3- cü sətirdə  Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin balansında olan nəqliyyat vasitəsinin 25.07.2017-ci il tarixində keçirilmiş hərracının nəticəsi ləğv olduğu üçün təkrar olaraq hərraca çıxarılır

 

 

 

Qeyd: 1-3-cü sətirdə Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin  balansında olan  nəqliyyat  vasitələri 3-cü dəfə 10% endirimlə  təkrar hərraca çıxarılır.

         4-cü sətirdə Azərbaycan Respublikası Xüssusi Dövlət  Mühafizə Xidmətinin balansında olan  nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

         5-ci sətirdə Azərbaycan Respublikası Baş Prokurorluğun balansında olan  nəqliyyat vasitəsi 2-ci dəfə  təkrar hərraca çıxarılır.

         6-cı sətirdə “Azərsu” ASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsinin balansında olan  nəqliyyat vasitəsi 2-ci dəfə  təkrar hərraca çıxarılır.

 

Qazeta.info əlavə olaraq qeyd edir ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Əlaqə üçün tel:566-07-44


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar