Dörd ərəb ölkəsi 12 təşkilatı terrorçu siyahısına salıb
09.06.2017 665 0.0 0

Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn terroru maliyyələşdirməkdə və Qətərdən maliyyə dəstəyi almaqda ittiham olunan 59 şəxsi və 12 təşkilatı terrorçu siyahısına salıb.

Məlumata görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd edək ki, iyunun 5-də  Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Dohanı terror təşkilatları maliyyələşdirməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan onlara 8 ölkə qoşulub.

 

Qətər XİN rəhbəri bütün ittihamları rədd edib./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar