Tarix: 03.12.2016,   Saat: 19:37, Şənbə.          

Donald Trampla Putinin gizli Yalta görüşü - Dialoq

Almaniyanın “Tagestsaytunq” qəzeti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni prezidenti Donald Trampın uydurma dialoqunu nəşr edib.

Qazeta.info Axar.az-a istinadla xəbər verir ki, uydurma ssenariyə görə, ABŞ-ın hazırki Prezidenti Barak Obama Almaniyada Angela Merkelin yanında olarkən Trampla Putin gizlicə Yaltada görüşür. Sözügedən yerdə İkinci Dünya müharibəsi zamanı Çörçill, Stalin, Ruzvelt konfrans keçirmişdi.

Dialoqun maraqlı hissələrini təqdim edirik:

Tramp: - Mən, əlbəttə ki, sənə nüvə kodlarımızı gətirmişəm, şulerin şərəf məsələsi...

Putin: - Minnətdaram, amma onlar məndə çoxdan var. Mən də sənə Snoudeni gətirmək istəyirdim, amma yolda təyyarədən düşdü. Yeri gəlmişkən, dünya xəritəsini gətirmişəm, gəl özümüzə ərazilər seçək.

Tramp: - Sən başla!

Putin: - Mən Çini götürürəm.

Tramp: - Okey, onda mən ən böyüyünü götürürəm. Baaax, bunu!

Putin: - Eey, bu Rusiyadır.

Tramp: - Yaxşı, qoy adı olsun Rusiya.

Putin: - Bu, axı mənimdir!

Tramp: - Necə yəni? Sən axı Çini seçdin!

Putin: - Rusiya hələ bu vaxta qədər də mənim idi! Mən – Rusiyayam. Bu, mənim həyat məkanımdır.

Tramp: - Hə... Daha öncə bu haqda düşünməli idin.

Putin: - Bəs mən indi ABŞ-ı götürsəm, nə edəcəksən?

Tramp: - Mənim vecimə də deyil, sən ABŞ-a sahib olmaq istəmədikcə...

Putin: - Yenidən başlamalıyıq.

Tramp: - Sən yenidən Baltikyanı ölkələrə sahiblənə bilməzsən? Mənim köməkçilərim son həftələrdə Estoniya ilə Litva arasındakı fərqlər haqda danışmaqla məni bezdirib. Mənim üçün bu, istənilən halda qırmızı sousdur.

Putin: - Yaxşı, mən onları götürərəm. Qalan Avropanı nə edəcəyik?

Tramp: - Nəyi?

Putin: - Av-ro-pa. Almaniya, Fransa, İtaliya, İspaniya.

Tramp: - Bütün bunlar Avropadadır? Dəlixanadır. Hamısını götürə bilərsən. O zəiflərlə məzələn! Amma söz ver ki, bütün köhnə sarayları söküb yeni tikililər üçün mənə sifarişlər verəcəksən.

Putin: - Mən bütün dünyanın qayğısına qala bilmərəm axı. Sən məndən yenə nəsə götürməlisən. Yoxsa onlar yenə öz müqəddəratlarını təyin etməklə bağlı məni bezdirəcək.

Tramp: - Okey, Onda qalanlarla kastinq-şou edək. Studiyada iyirmi ən pis diktatoru görmək istəyirəm. Sonra bölərik. Şounun adını qoyaq "Tramputindən kim birinci aşacaq?"

Putin: - Siz amerikalıların bu ideyaları həmişə xoşuma gəlib, amma mənim ağlıma ancaq MG və MİG gəlir.

Tramp: - Mən 20 yanvarın başlığını çox bəyəndim: “Tramp qaradərili ailəni Ağ Evdən qovur”. Əgər bu, “Nyu York Tayms”da olsa, kommunist bir vərəqdə, onda mən bunu qadağan edə bilərəm.

Putin: - Yaxşı, artıq qeyd etdim.

Tramp: - Hələblə nə edəcəyik? Adı nə idi?

Putin: - Əsədi deyirsən?

Tramp: - Yox, sənin bütün günü bombaladığın Hələbi deyirəm.

Putin: - Hə, şəhəri deyirsən?

Tramp: - O nədir? Şəhərdir? Bəs o, niyə hələ də mövcuddur?

Putin: - Çünki sizin zənci prezidentiniz hələ də vətəndaş cəmiyyəti haqda düşünür. Şəhəri xəritədən silsək, sənə sərf edər? Onda ordakı terrorçuları məhv edək.

Tramp: - Hələ soruşursan da? 2003-cü ilin 14 sentyabrında çinlilər mənim göydələnimi məhv etdi. Yığışdır onları!

Putin: - Hələb Suriyadadır...

Tramp: - Fərqi nədir? Afrika elə Afrikadır. Amma məsləhətçilərim deyir ki, İsrailin qeydinə qalmalıyıq. Onların məscidlərinə görə narahatam. Hitlerin qızı Merkel onları müdafiə edə bilməzdi? Bizim neftimiz də ordandır, yoxsa necə?

Putin: - Bəlkə sən yaxşısı elə neftin yerinə qaz alasan?

Tramp: - Melanidən soruş, mətbəx işlərinə o baxır. Yeri gəlmişkən, hanı o pinti?

Putin: - Narahat olma, mənim adamlarım ona nəzarət edir. Ruslar demişkən, by the pussy.

Tramp: - Hə, yeri gəlmişkən, bilirsən “Nyu York Tayms” məni narsist adlandırıb? Heç bilmirəm bu nədir, amma çalışın onlar məni bütün tarixin ən böyük narsisti adlandırsın.

Putin: - Yaxşı, sabah ova gedək?

Tramp: - Böyük məmnuniyyətlə. Burda meksikalılar var?

Putin: - Yox, amma çeçen və tatarlar var. Onlar ən azından müqavimət göstərir.

Tramp: - Biz dərhal mübadilə proqramı reallaşdırmalıyıq. Bu müflis olan fermerlər öz xoşları ilə pul ödəmir.

Putin: - Əla ideyadır! Bu vasitə ilə biz Sibirə qeyri-leqal meksikalılar qazandıra bilərik! Kimsə axı qurğuşun hasil etməlidir.

Tramp: - Bizə qurğuşun lazım deyil. Bu, yeganə şeydir ki, onu Supermən görə bilmir. Hər bir meksikalı üçün isə bizə rus qızı lazımdır.

Putin: - Bizim slavyan Melanimiz sənin zövqüncədir, elə deyil?

Tramp: - Yeri gəlmişkən, siz homoseksuallarla ciddi mübarizə aparmalısınız.

Putin: - Ehtiyatlı ol! Bizdə sənin o şəkillərin var...

Tramp: - Okey, okey. Səndə Krım şampanından qalıb?..



  Bölmə: Dünya | Baxış sayı: 534 | Tarix: 18.11.2016, 13:51


Xəbərlər