Dollarla kredit götürənlər ,banklara axışır
23.02.2015 798 0.0 0

Milli Bankın dollar və avronun qiymətinin qalxması haqda verdiyi qərardan  sonra ölkədə əhali təkcə ərzağın qiymətinin artması deyil, həm də banklara ödəyəcəyi kredit borclarından narahatlıq keçirməyə başlayıb.
Məlum olduğu kimi, manatın ucuzlaşmasına qədər vətəndaşlara müxtəlif məqsədlər üçün verilən kredit sazişlərinin bir çoxu ABŞ dollarına görə bağlanıb.

Dolların artımından sonra yaranan narahatçılıq müəyyən qədər ərzaq bahalaşması ilə yanaşı, banklara ödəniləcək borcların artması problemini də meydana gətirib.Bu isə ölkə vətəndaşlarının  narahatçılığını daha da artırıb. Məsələnin nə qədər iqtisadi qanunlara və şərtlərə uyğun gəmədiyini bilsək də bu sahədə gərginliyin olmasından dolayı vəziyyətlə tanış olmaq üçün “Bank of Baku”-nun Nizami rayon ərazisində yerləşən filiallarından birində olduq. Elə giriş qapısının önündə qeyd olunan problem səbəbi ilə banka üz tutan bank müştərisinin bank nümayəndələrindən bu haqda hər hansı bir qərar olub olmayacağı ilə bağlı məlumat topladığı ilə qarşılaşdıq.
Bankın filalında bir neçə nəfərin eyni problemdən oraya müraciət etdiyini görüb məsələni işçilərlə araşdırdıq. Söhbət əsnasında bəlli oldu ki, iş günü başlayar başlamaz, banka bu istiqamətdə olan zənglər susmaq bilmir, müştərilər zəng edərək bu haqda hər hansı bir müsbət qərarın, yəni borcu götürdükləri vaxt olan dollar qiymətinə  görə ödəmək şansının verilə biləcəyi ilə maraqlanırlar.
Xatırladaq ki, bu haqda əldə etdiyimiz məlumatdan bəlli oldu ki, hazırda ölkə banklarına bu istiqamətdə hər hansı bir məlumat verilməyib. Lakin qeyd olunan problemin bu dərəcədə qabarıq şəkildə özünü biruzə verməsindən dolayı banklar da ölkənin baş bankından hər hansı bir qərarın çıxa biləcəyi ilə ələqədar məlumat gözləyirlər. 
Xatırladaq ki, məsələni araşdırmaq üçün Mərkəzi Bankla əlaqə yaratmaq cəhdlərimiz heç cür mümkün olmadı.

Qeyd olunan məsələ ilə əlaqədar məlumat yaymaq üçün Mərkəzi Bankla əlaqə yaratmağa çalışırıq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar