Dollar yenə ucuzlaşdı
30.04.2015 968 0.0 0

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Mərkəzi Banka istinadla verilən məlumata görə, dolların məzənnəsində yenidən ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0494 AZN-dən 1.0487-ə düşüb. 

Avronun məzənnəsində də bahalaşama qeydə alınıb. Avropanın vahid valyutası 1.1510-dan 1.1644-ə qədər bahalaşıb. 

Rusiya rublunun kursu da günə bahalaşma ilə başlayıb. Belə ki, ötən gün 0.0205 manata olan 1 rubl 0.0207-yə qədər artıb. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar