Dollar və avro ucuzlaşdı
10.04.2015 858 0.0 0

Rusiyada dollar və avro kəskin ucuzlaşıb.

Məlumata görə, avro Rusiya valyutasına nisbətdə 1,37 rubl ucuzlaşıb. Moskva birjalarında həyata keçirilən ticarətin gedişində 1 avro 53,84 rubla bərabər olub. 

Avro ilk dəfə 2014-cü ilin noyabrında 54 rubl səviyyəndə olub. Rubl dollara nisbətdə də möhkəmlənməyə davam edir. Son bir gündə dolların məzənnəsi 1,04 rubl ucuzlaşıb. Hazırda 1 dollar 50,82 rubla bərabərdir. 

Qeyd edək ki, rubl Rusiya Federasiyasının rəsmi pul vahididir. Rublun xarici valyutalarla mübadiləsi məzənnəsi Rusiyanın Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Rublun məzənnəsi Rusiya Mərkəzi Bankının son əmrinə qədər rəsmi iş günlərində qüvvədə olur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar