Dmitri Peskov: `Rusiya ilə NATO arasında görüşün tarixi məlum deyil`
24.12.2021 320 0.0 0

"Rusiya ilə NATO arasında təhlükəsizlik məsələləri üzrə görüşün dəqiq tarixi hələ ki məlum deyil".

TASS-a istinadən xəbər verilir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, NATO-dan təhlükəsizliyin təminatı haqqında cavab reaksiyası hələlik yoxdur.

D.Peskov 2022-ci ilin yanvarında məsələyə dair ABŞ-dan konkret cavab alacaqlarını gözlədiklərini qeyd edib: "ABŞ və müttəfiqlərinin Rusiyaya münasibətdə özlərini dost kimi aparmırlar. Onlar Rusiya sərhədləri yaxınlığında ikili manevrlər edir, kəşfiyyat uçuşu aparırlar. Bu, bizi narahat və təhlükəsizliyimizi təmin etmək üçün tədbirlər görməyə məcbur edir"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar