Diyarbəkirin qadın bələdiyyə sədri tutuldu
26.10.2016 404 0.0 0

Türkiyə polisi terror fəaliyyətinin istintaqı çərçivəsində Diyarbəkir şəhərinin bələdiyyə başqanı Gültan Kışanak ilə Bələdiyyə  Məclisinin üzvü Fırat Anlını saxlayıb.

 

Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, saxlanılanlar PKK ilə əlaqəli olan Xalqların Demokratik Partiyasının (HDP) üzvüdür.    

 

Gültan Kışanak və Fırat Anlı saxlanıldıqdan sonra onların evinə və bələdiyyə binasındakı iş otaqlarına baxış keçirilib. İki saatadək davam edən axtarış zamanı iki kompyuter,  yaddaş kartları və bir neçə kitab polis əməkdaşları tərəfindən götürülüb.

 

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə rəhbərliyi 28 yerli özünüidarəetmə orqanlarının rəhbərini vəzifəsindən kənarlaşdırmağı qərara alıb.  /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar