Diqqətli olun! Votsapda yayılan bu mesaj təhlükəli və yalandır - VİDEO
17.10.2017 4501 1.0 0

Son günlər votsap istifadəilərinə gözdən əlil uşağın şəkli göndərilir.

 

Qazeta.info Xezerxeber.az-ın məlumatına əsasn bildirir ki, ardınca gələn səsli mesajda isə bu uşağın Almaniyada kor olaraq doğulduğu və votsap şirkətinin hər paylaşıma görə 20 sent qazandığı və şəklin daha çox paylaşılacağı halda uşağı əməliyyat etdirəcəyi bildirilir.

 

İKT üzrə mütəxəssis Samir Kərimov bildirir ki, bu tip şəkillərin və mesajların paylaşılması ilə votsap şirkəti heç bir əlavə gəlir əldə etmir və şirkətin bu mesajlarla bağlı rəsmi açıqlaması var.

 

Samir Kərimovun sözlərinə görə, bəzi hallarda bu tip mesajlar xüsusi linklərlə göndərilir ki, həmin linklərə girən istifadəçilərin şəxsi məlumatları da oğurlana bilər.

 

Insanların isə bu mesajlara yanaşması birmənalı deyil.

 

Mütəxəssislər bildirir ki, bu tip saxta mesajların qarşısını almaq elə istifadəçilərin öz əlindədir. Bu məlumatlara inanmamaq və paylaşmamaq lazımdır.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar