Dieqo Maradona əməliyyat olunub
13.11.2017 793 0.0 0

Argentina millisinin sabiq futbolçusu Dieqo Maradona əməliyyat olunub. 

“Report”un məlumatına görə, əfsanəvi hücumçu bu barədə “facebook” profilində yazıb.

Sol çiyninə cərrahi müdaxilənin ehtiyac duyulduğunu qeyd edən 57 yaşlı veteran bildirib ki, əməliyyat 1,5 saat çəkib və uğurlu olub: “Bunu çoxdan etməli idim, lakin hər dəfə təxirə salırdım. Əməliyyat saatyarım sürdü və xoşbəxtlikdən, uğurlu oldu. Hamınızı öpürəm”.

Qeyd edək ki, Dieqo Maradona hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fucayra” komandasının baş məşqçisidir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar