Dibi daş ilə döşənmiş ağac xilas edilib
24.01.2022 294 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində ağacın dibinə daş döşənməsi ilə bağlı daxil olan şikayətlə əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.
 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, ağacın dibi əməkdaşlarımızın nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən daş döşəmədən təmizlənib və ona aqrotexniki xidmət göstərilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar