Diaspor rəhbərinin Rusiyada ölən oğlunun meyiti bu gün Azərbaycana göndəriləcək
05.12.2017 334 0.0 0

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində bədbəxt hadisə baş verib.

 

 

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb.
 
Hadisə baş verən gün 15 yaşlı Aqşin Kərimov evdə tək olub. Anası kiçik bacısını məktəbdən gətirmək üçün gedibmiş. Evə qayıdanda bacısı Aqşinin qanlar içində yerə uzandığını görüb. Həmin vaxt onun nəbzi hələ atırmış. Az sonra keçinib. 

 

O, “Sayqa” markalı silahla oynayarkən ehtiyatsızlıqdan atəş açılıb. 
 

Azərbaycan diasporunun Samara vilayətindəki liderlərindən Məhəmməd Süleymanov APA-ya mərhumun meyitinin müayinə olunduğunu deyib: "Bu gün mərhumun cəsədi dəfn olunmaq üçün Azərbaycana yola salınacaq".

 

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Şərhlər
avatar