DİQQƏTLİ OLUN «ŞƏBƏKƏ TİCARƏTİ» YENİ ÜSULLARA ƏL ATIB
21.01.2015 723 0.0 0

 

Qazeta.info Baş Prokurorluğa istinadən bildirir ki, Bakı şəhər sakini Gündüz Cəfərovun ona qarşı yol verilmiş qanun pozuntuları ilə bağlı müraciəti Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılıb.

Aparılmış araşdırmalar zamanı “Qala-BTX” və “Azər Mühafizə” MMC-nin  direktoru Vüqar Hüseynovun qabaqcadan bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı şəxsləri  işə düzəltmək və guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pullar alıb, həmin şəxslərə 2014-cü ilin noyabr ayınadək müxtəlif məbləğlərdə əmək haqlarını qismən verərək, sonradan isə pulu mənimsəyərək dələduzluq yolu ilə zərərçəkmişlərə xeyli miqdarda zərər vurmasında şübhələr üçün əsaslar olduğundan V.Hüseynova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə Bakı şəhər Baş Polis İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar