DİQQƏT! Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan olundu
15.12.2017 830 0.0 0

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 dekabrdan 8 dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.

DİM-dən verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Energetika Nazirliyi və Dövlət Statistika Komitəsi) mərkəzi aparatında, tabeliyində olan qurumlarında və yerli təşkilatlarındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar