DİN və Baş Prokurorluq Elşad Hacıyevin ölümlə hədələnməsi ilə bağlı məlumat yayıb
03.10.2019 515 0.0 0

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Mətbuat xidmətləri polis mayoru Elşad Hacıyevin  təhdid olunması barədə məlumat yayıb.

Qazeta.info xəbər verir ki, DİN Mətbuat xidmətinin məlumatda bildirir ki, Kütləvi informasiya vasitələrində Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin “facebook” sosial şəbəkəsində “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmasına dair informasiyalar yayılmışdır.
Belə ki, “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qeyd olunan polis əməkdaşının öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd etmişdir.
Qeyd olunan hərəkətlərdə öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Cinayətin xarakterinə görə dövlət və cəmiyyətin mənafeyinə qəsd etməsini, işin xüsusiyyətləri, ibtidai araşdırmanın maraqları nəzərə alınmaqla cinayət təqibinin səmərəliliyini, eləcə də iş üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv həyata keçirilməsini təmin etmək məqsədi ilə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinə tapşırılmışdır.
Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar