DİN Sabirabadda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb
10.10.2017 1112 0.0 0

Daxili İşlər Nazirliyi Sabirabadda dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 9-da saat 07 radələrində Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində Füzuli rayon sakini Nəriman Mustafayevin idarə etdiyi “Mercedes” və İmişli rayon sakini Mövsüm Rəsulovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə N. Mustafayev və sərnişinlərindən həmyerliləri Səxavət Rəsulzadə və Elsevər Quluzadə hadisə yerində ölüb, digər sərnişinləri Etibar Eyvazlı və Araz Kərimli xəstəxanaya yerləşdiriliblər. E. Eyvazlı orada ölüb.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar