DİN qız uşaqlarının itkin düşməsinin artması iddialarına cavab verib
13.01.2022 259 0.0 0

Qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, artım indeksi müşahidə edilmir. Xəbərsiz itkin düşmələrin böyük əksəriyyətində ailə üzvlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə halları çoxluq təşkil edir.

Qazeta.info xəbər verir ki, bu açıqlamanı DİN-in İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial mediada yayılan fikirlərə münasibət bildirərkən deyib.

E. Hacıyev qeyd edib ki, yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır.

Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar belə yoxlanılır, heç bir iddia kənarda qalmır.

Xüsusən valideynlər diqqətli olmalı, “övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...”, deyib arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir – təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar