DİN: Ötən gün axtarışda olan 20 nəfər tutulub
13.05.2017 866 0.0 0

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 83 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlər"lə açılıb.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər tutulub./APA/


Digər xəbərlər:
Şərhlər
avatar