DİN-in idarə rəisinin xidməti avtomobili qəzaya düşüb
24.04.2017 703 0.0 0

 Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli əməkdaşının xidməti avtomobili qəzaya düşüb.
Qazeta.info “Report”-a istinadla xəbərinə görə, hadisə Bakı şəhəri, Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.
Məlumata görə, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərlinin “Hundai” markalı xidməti avtomobili “Mercedes” markalı maşınla toqquşub.
Hadisə nəticəsində Ə.Zərgərlinin sürücüsü xəsarət alaraq DİN-in hospitalına yerləşdirilib.
Hadisə zamanı Ə.Zərgərlinin avtomobildə olub-olmadığı bilinmir.
Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar