DİN Bakıda uşağın oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib
08.08.2017 780 0.0 0

Sosial şəbəkələrdə paytaxtın küçə və parklarında uşaqlı analara qarşı təhlükə yaranması, onlara yaxınlaşan iki qadının uşağın sağlamlığı ilə bağlı anaları sorğu-suala tutmaları, bugünlərdə bir qadının uşağının səhhəti ilə maraqlanandan sonra hətta onu oğurlamaları, bu qadınların orqan alverçiləri olduqlarının güman edilməsi barədə məlumat paylaşılıb.

DİN-in mətbuat xidmətinin şöbə rəisi İlham Babayev deyib ki, sosial şəbəkələrdə və hətta bir sıra xəbər saytlarında yayılan bu məlumat tamamilə şayiə və yalandır: "Ajiotaj, sensasiya yaratmaq məqsədi ilə ordan-burdan eşidilən, kiminsə ehtimal və güman etdiyi fikirləri mətbuata çıxarmaq insanlar arasında çaşqınlıq yaratmağa uğursuz cəhddən başqa bir şey deyil. Əminliklə bildirirəm ki, son vaxtlar polis orqanlarına belə məzmunlu heç bir şikayət və müraciət daxil olmayıb".

Şöbə rəisi sonda onu da vurğulayıb ki, vətəndaşlar hər hansı qanun pozuntusu və ya cinayətlə üzləşdikdə dərhal DİN-in “102 Zəng Mərkəzi”nə, yaxud aidiyyatı üzrə ərazi polis orqanlarına müraciət etməlidirlər. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar