DİN 6 regional qurumda işləmək üçün jurnalist axtarır
28.04.2017 810 0.0 0

 Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə regional qurumlarında vakant vəzifələrə xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib.
Nazirliyin Baş Kadrlar İdarəsindən verilən məlumata görə, müsabiqədə Azərbaycanın ali təhsil müəssisələrini “jurnalist” ixtisası üzrə bitirən, müxbir kimi əmək stajına malik olan, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vuran (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunan şərtlərə cavab verən, aşağıda göstərilən şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və hazırda yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər:
Gəncə regionu üzrə: Gəncə, Goranboy, Göygöl, Samux, Şəmkir;
Şirvan regionu üzrə: Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan;
Quba regionu üzrə: Quba, Xaçmaz, Qusar;
Lənkəran regionu üzrə: Lənkəran, Astara, Masallı;
Şəki regionu üzrə: Şəki, Mingəçevir, Oğuz, Qəbələ;
Bərdə regionu üzrə: Bərdə, Ağdam, Tərtər, Yevlax.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin aprel ayının 17-dən may ayının 17-dək http://www.mia.gov.az/index.php?/az/content/29942/... ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin metbuat@mia.gov.az internet ünvanına göndərməlidirlər.
Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- hərbi bilet (kişilər üçün);
- əmək kitabçası.
Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaq.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012)-590-99-07; (055) 861-73-11; (012)-590-93-64./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar