DİM növbəti SAT imtahanlarını keçirib
05.12.2016 605 0.0 0

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 3-də növbəti SAT imtahanlarını (3 fərqli SAT imtahanı: SAT, SAT esse və SAT fənn) keçirib.

 

DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar Mərkəzin inzibati binasında təşkil olunmaqla təlimata uyğun təşkil edilib. İmtahanlara 48 nəfərin qatılması ı nəzərdə tutulsa da, 43 nəfər gəlib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

 

Nəticələrin dekabrın 22-də elan olunması gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar