DGK sədri: `Büdcə daxilolmaları ilə bağlı proqnoz artıqlaması ilə icra olunacaq`
11.10.2017 595 0.0 0

Dövlət Gömrük Komitəsi (DGK) 2017-ci il üçün dövlət büdcəsinə daxilolmalarla bağlı nəzərdə tutulmuş proqnoz tapşırığı tam icra edəcək. Bunu açıqlamasında DGK sədri Aydın Əliyev bildirib.

 

"İndiyədək biz proqnoz tapşırığı artıqlaması ilə icra etmişik. Yaranmış vəziyyətə nəzər salanda aydın olur ki, tapşırığın icrasında bir problem olmayacaq. Proqnoz tapşırığı artıqlaması ilə icra olunacaq. Lakin konkret məbləğ demək çətindir. Bilirsiniz ki, bizim əsas vergitutma bazamız idxaldır. Bəzi məhsullar idxal rüsumundan azad olunduğuna, bəzilərinə güzəştlər tətbiq olunduğundan konkret bir rəqəm deməkdə çətinlik çəkirəm", - deyə qurum rəhbəri vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar