DGK: İsrail vətəndaşı valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlətməyə çalışıb (VİDEO)
23.05.2017 704 0.0 0

 

Dövlət Gömrük Komitəsi (DGK) hava limanında İsrail vətəndaşına qarsı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Komitənin mətbuat xidmətindən bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarsı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

"Qeyd edək ki, həmin şəxs valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb. Bunu videoçəkilişdən də aydın görmək olar. Faktla bağlı ətraflı məlumat veriləcək"./Trend/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar