Deputatın dələduzluqda təqsirləndirilən qardaşı oğlu məhkəmə zalından azadlığa buraxılıb
17.03.2017 744 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məlumata görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, N. Əhmədov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 

Məhkəmə kollegiyası qərar qəbul edərkən, onun zərərçəkmiş şəxslərə vurulan ziyanı ödədiyini nəzərə alıb. 

İttihama görə, təqsirləndirilən N. Əhmədov zərərçəkmiş Rasim İsgəndərovu mühasib vəzifəsinə işə düzəldəcəyini deyərək, onun 5 min manat pulunu ələ keçirib, lakin, vədinə əməl etməyib. N. Əhmədov ayrı-ayrı adamları da işə düzəltmək məqsədilə onların ümumilikdə 30 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. 

Qeyd edək ki, Namiq Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun qardaşı Rafiq Əhmədovun oğludur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar